Gəncədə yaşayış evi yandı

Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayış evində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

HTML tutorial

Ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info