
Pianoçu kuryerin piano başında əyləşərək Mozartın unudulmaz bəstəsi – Türk Marşını çaldığı anlar sosial mediada gündəm oldu.
Mozartın niyə Türk Marşını bəstələməsini və mehtər Himninə necə bir yol cızmasını xarici mətbuata istinadən sizin üçün Gununsesi.info təqdim edir.
Osmanlı imperatorluğuna heyranlıq duyulurdu
Volfqanq Amadeus Mozartın bəstəsi olan Türk Marşının arxasında erkən İntibah dönəmində Osmanlı Dövlətinin Avrupada oyandırdığı böyük heyranlıq dayanır.
Mehtər himnindən ilhamlandı
Avropalıların “Turquerie” adını verdiyi sənət axımına Mozarat di bir yenisini artırdı. Mozar Mehtər Himnlərinin ritmindən təsirlənib 11 nömrəli La major piano sonatasının 3-cü bölümünü “Rondo alla turca (Türk üsulu rondo)” adı ilə bəstələdi.
Mozart əsəri bir çox Qərb bəstəçilərində olduğu kimi 4/4-lük ölçü ilə deyil, mehtər himnləri kimi, 6/8-lik ölçü ilə bəstələdi. Əsər tamamı ilə pianoda çalınacaq şəkildə yazıldı.
Tərcümə: Arzu Sayadoğlu