
Cəlilabadda ağır yol qəzası baş verib.
Gununsesi.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub. Hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən 21 noyabr səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Gununsesi.info