Gəncədə ölümlə nəticələnən dava ilə bağlı rəsmi açıqlama - ƏSLƏN BU RAYONDAN OLAN TƏRƏFLƏR HƏM DƏ QOHUM İMİŞ

  • By admin
  • 12 Dekabr 2022 00:23

Gəncədə 1 nəfərin güllələnməsi və 2 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayıb.

Gununsesi.info-nun xəbərinə görə, açıqlamada deyilir:

HTML tutorial

 Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən kütləvi dava haqqında açıqlama yayıbnin yaydığı birgə məlumatda qeyd olunur ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Bildirilib ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Gununsesi.info-nun araşdırması zamanı isə məlum olub ki, Daşkəsən sakini olan tərəflər yaxın qohum olublar. Davaya səbəb isə aralarında olan pul mübahisəsi olub.

 

Mais

Gununsesi.info