47 yaşlı kişi ehtiyatsızlıqdan özünü güllələdi

Masallı rayon sakini öv tüfəngindən açılan atəş nəticəsində vəfat edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə hadisə bu gün saat 20:00 radələrində Lerik rayonu Vamazqon kəndində baş verib.

HTML tutorial

Belə ki, Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyev ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə, hadisə Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info