Gəncədə qadını maşın vurdu

  • By ilhame
  • 23 Yanvar 2024 20:12

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Aybəniz Rəhimovanı vurub.

 

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info