Gəncədə 19 May – Atatürkü anma, Gənclik və İdman Günü qeyd olunub

  • By admin
  • 20 May 2022 18:29

 

19 may 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 19 May – Atatürkü anma, Gənclik və İdman Günü keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Xan Bağında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Gununsesi.info