Gəncədə 17 yaşlı oğlanın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info