
“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyəyini dayandıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Bəxtiyar Sadıqov deyib.
“Ötən il müraciətimiz əsasında bizə birdəfəlik yardım göstərildi. Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Milli Məclis tərəfindən təsdiq edilmiş nizamnaməsinə görə, qəzetin maliyyə avadanlığı və texniki təminatı Milli Məclis tərəfindən təmin edilməlidir. Artəıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. əks təqdirdə çapımız dayanacaq. Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq 2 və ya 3 növbəli olur. 14 nəfət qadın əməkdaımız faktiki ailə başıçııs statusundadır. Bir çox əməkdaşımız uzun illərdir qəzetdə işləyirlər. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. əgər qəzet bağlamsa, qəzetin işçilərinin mətbuat xidmətlərində və dgər yerlərdə yerləşdirilməsini xahiş edirəm. Eyni zamanda qəzetin abunələri də azalıb. Bunları da nəzərə almaq lazımdır”,-deyə o bildirib.
Milli Məclisin spikeri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, sizin məsələ Milli Məclisdə rəhbərlik səviyyəsində baxılıb.
“Bu məsəl ilə bağlı sizinlə digər qurumlar da danışıqlar aparıb”.
Gununsesi.info