
Xaricdən dərmanların idxalı zamanı ƏDV aradan qaldırılsa, daha yaxşı olar.
Gununsesi.info xəbər verir ki, bunu deputat İlham Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
“Sahibkarlarla görüş zamanı onlar narahatlıqlarını dilə gətirirlər. 100 manatlıq dərmana 18 manat ƏDV ödənilir. Bununla da dərman bazara çıxmamış qiyməti 118 manat olur. Bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ona görə də xaricdən idxal edilən dərmanlar ƏDV-dən azad olunmalıdır”, – deputat vurğulayıb.
Gununsesi.info