Futbol hakiminin avtomobilinə bomba qoyuldu –Sui-qəsdə görə bütün çempionat oyunları dayandırıldı

Futbol hakiminin avtomobilinə bomba qoyuldu –

Futbol üzrə Kipr çempionatının oyunları hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə dayandırılıb.

Bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Bildirilir ki, Kipr çempionatının oyunlarının 33 yaşlı hakimi Andreas Konstantinonun avtomobilinə bomba qoyulmuşdu. Hüquq-mühafizə orqanlarının məlumatına görə, sui-qəsd hakimin evinin qarşısında dayanacaqda baş verib. Partlayışdan sonra avtomobil xeyli zədələnib.  Konstantino xəsarət almayıb.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org

COMMENTS