
Fransa parlamentinin deputatları Azərbaycanda səfərdədir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Fransanın Bakıdakı səfiri Zakari Qross “Twitter” hesabında bildirib.
Diplomat qeyd edib ki, Fransa parlamentinin 5 üzvü Azərbaycana səfərə gəlib.
Məlumata görə, Zakari Qross Azərbaycanda səfərdə olan fransız parlamentarilərlə görüş keçirib. Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov da iştirak edib.