AKP nümayəndə heyəti Azərbaycana gəlir

İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, AKP nümayəndələrinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur:

“İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq”.