
“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya olacaq. Fransa prezidenti Emmanuel Makron erməni dostunu Parisə dəvət edəcək”.
Gununsesi.info-nun məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Moskvaya dünənki səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, elə Paşinyanın özü də Rusiya prezidenti Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir.
Putinin içki həvəskarı olmadığını xatırladaqn E.Şahnoğlu Makronu Paşinyanın badə dostu adlandırıb:
“Ancaq problem ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya ilə ittifaqdan asılıdır, Makron sadəcə quru vədlər verə bilər, çünki Fransanın bölgəmizdəki proseslərə təsir gücü azdır”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanda keçirilən son rəy sorğuları Fransanın Rusiyanı üstələdiyini göstərir.
“Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür, Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Ancaq bütün hallarda Ermənistanın rəhbərləri real kömək üçün yenə Moskvaya müraciət etmək məcburiyyətindədirlər, çünkü pulu, hərbi texnikanı və sərhədlərin qorunmasını sadəcə Rusiya təmin etmək iqtidarındadır. Rusiya isə heç nəyi havayı etmir, qarşılığında daha çox itaət tələb edir”.
Gununsesi.info