
Gürcüstanda koronavirusun yeni “Omikron” stamına iki yoluxma faktı təsdiqlənib.
Gununsesi.info KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, yeni ştamın aşkarlandığı şəxslər Gürcüstan vətəndaşlarıdır: “Onlardan biri Dubay, digəri isə ABŞ-dan gəlib. Hər ikisi təcrid olunub, təmasda olduqları 26 nəfərlə bağlı araşdırmalar aparılır”.
Gununsesi.info