Fransa Ukraynaya müasir tanklar verir

Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenski ilə söhbətində Ukraynaya AMX-10RC zirehli texnikası göndərəcəyini vəd edib.
Gununsesi.info xəbər verir ki,  Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenski ilə söhbətində Ukraynaya AMX-10RC zirehli texnikası göndərəcəyini vəd edib. Fransa Ukraynanı AMX-10 RC təkərli tanklarla tədarük edəcək və bu, Qərb istehsalı olan bu cür döyüş zirehli maşınlarını müharibə şəraitində olan ölkəyə göndərən ilk ölkə olacaq.
Vladimir Zelenski ilə daim əlaqədə olduğunu deyən Makron Fransanın Ukraynaya yüngül tanklar verəcəyini və hava hücumundan müdafiəni dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Gununsesi.info