Finlandiya Rusiya ilə sərhədi bağlı saxlamağa qərar verdi

  • By Mina
  • 04 Aprel 2024 16:41

Finlandiya Rusiya ilə sərhədlərin bağlı qalmasını qeyri-müəyyən müddətə qədər uzatmaq barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Finlandiya hakimiyyətinə istinadən “Bloomberg” agentliyi yayıb.

“Finlandiya Rusiya ilə sərhədi növbəti bildirişə qədər bağlı saxlayacaq”, – deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, 2023-cü il noyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orpo bildirib ki, ölkəsi Rusiya ilə sərhəddə biri istisna olmaqla, bütün nəzarət-keçid məntəqələrini bağlayacaq. Buna səbəb qanunsuz miqrant axını ilə bağlı vəziyyətin pisləşməsi olub. Cari ilin fevralında isə Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını aprelin 14-nə qədər uzatmaq barədə qərar qəbul edib.

Gununsesi.info