Paytaxtda külək səbəbindən 20 ağac sınıb

  • By Mina
  • 04 Aprel 2024 16:11

Bakıda güclü külək səbəbindən 20 ağac sınıb.

 

Bu barədə Gununsesi.info-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

 

Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb:

 

“Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib”.