
Çində milyonlarla insanın çölə çıxdığı və dostları ilə sosiallaşdığı Əjdəha Qayığı Festivalı ərəfəsində şiddətli partlayış olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çinin şimal-qərbindəki Yinçuan şəhərindəki bir restoranda olan qaz sızıntısı səbəbi ilə yaşanan partlayışda 31 nəfər can verib.
Olay yerinə yanğınsöndürmə qrupları göndəriliblər. Partlayışın təsiri ilə ərazi qaranlığa bürünüb, yaxınlıqdakı obyektlərin şüşələri sınıb.
Dövlət xəbər agebtliyinin yazdığına görə tibbi müalicə alanların arasında “kritik durumda” olanlar var. 6 nəfər xəsarət alıb.
Tərcümə: Arzu