
Vəkil Əkrəm Həsənov bu gecə vəfat edən sabiq vergilər naziri Fazil Məmmədov haqqında diqqətçəkən fikir deyib.
Gununsesi.info bildirir ki, tanınmış vəkil Fazil Məmmədovu müsbət nazir kimi xarakterizə edib:
“Bütün mənfilərinə baxmayaraq, Fazil Məmmədov ən yaxşı nazirlərimizdən biri olub. İşinə sistemli yanaşıb, müasir vergi sistemi və idarəetmə qurub, xeyli savadlı və dürüst kadrlar yetişdirib. Vergi Xidməti, bir qayda olaraq, hələ də onun irsindən bəhrələnir. Allah rəhmət eləsin!”
Günay
Gununsesi.info