Yeni şirkət yaradıldı - Telekanalların reytinqlərini ölçəcək

Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.

Gununsesi.info xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O bildirib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.

“Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq”.

Gununsesi.info