
Noyabrın 3-də Moskvada Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb
Gununsesi.info bildirir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasından bildirilib.
Məlumata görə, görüş Müstəqil Dövlətlər Birliyi ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı çərçivəsində keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının rəsmi saytında bu barədə hər hansı bir məlumat yerləşdirilməyib.
Günay
Gununsesi.info