Fələstini dəstəkləyən azarkeşlərə qadağa: Biletləri ləğv edildi – VİDEO

Fələstin bayraqları dalğalandıran azarkeşlərin biletləri ləğv edilib

“Seltik” “Hearts”la səfər matçında Fələstin bayrağını qaldıran azarkeş qrupunun üzvlərinin biletlərini ləğv edib.

Gununsesi.info xəbər verir ki, Şotlandiya təmsilçisi “Seltik” klubu Fələstinə dəstək verən “Yaşıl Briqada” azarkeş qrupuna ev matçlarına gəlməsini qadağan edib.

İngiltərə mətbuatında yer alan xəbərə görə, azarkeş qrupunun üzvlərinə göndərilən elektron məktubda klubun kombinə bilet sahiblərinin ev matçlarına getməsinə qadağa qoyduğu bildirilib. Xəbərdə bu qərarın UEFA Çempionlar Liqasında “Atletiko Madrid”lə matçda azarkeşlərin tribunalarda Fələstin bayraqları açmasından sonra gəldiyi vurğulanıb.

“Yaşıl Briqada” üzvlərinin nümayişinə görə klubun bundan əvvəl də iki dəfə cərimə olunduğu və UEFA-nın növbəti intizam cəzası tətbiq etməsindən qorxduğu bildirilib.

Klub rəhbərliyinin tənqidlərinə baxmayaraq, “Seltik” azarkeşləri “Harts”la səfər matçında Fələstinə dəstəyini davam etdirib. “Hearts” matçında komandalarını səfərdə dəstəkləmək üçün tribunada yer alan yüzlərlə “Seltik” azarkeşi Fələstin bayrağını açıb.

Məsələ ilə bağlı açıqlama verən azarkeş qrupu klubun bu qərarını tənqid edib.

Gununsesi.info