Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu –VİDEO

Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu –

Bir müddət öncə azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu – qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan “Ən yaxşısı” verilişində qonaq olub.

Gununsesi.org  xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə “Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?” sualını ünvanlayıb.

Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib:

“Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim”.

Aparıcı Mətanət Əliverdiyeva bu cavab qarşısında kövrəlib və göz yaşlarını saxlaya bilməyib./ Baku.ws

COMMENTS