Boliviyada hərbçi və polislər keçmiş prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan ediblər.
Gununsesi.org xəbər verir ki, bu barədə müxalifətin üzvü Luis Fernando Kamaço bildirib. Onun sözlərinə görə, E. Morales barəsində həbs qərarı çıxarılıb.
Bundan əvvəl səhiyyə naziri Qabriela Montanyo Boliviya polisinin Moralesi həbs etmək niyyətində olduğunu bildirmişdi.
Etirazlardan sonra Boliviya prezidenti Evo Morales rəsmən istefa verdiyini elan etmişdi.
İstefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.
Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.
Prezidentin istefasından sonra Boliviyanın vitse-prezidenti Alvaro Qarsiya Linera da istefa verdiyini açıqlayıb. O, sosial şəbəkələrdə yayılan müraciətdə bəyan edib :”Mən vitse-prezident vəzifəsindən istefa verirəm”.
Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb.
Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb. / RİA Novosti
COMMENTS