9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.
Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, körpücük üzərinə çəkisi 89 kq-a qədər olan atletlər çıxıblar. Lənkəran idmançısı Ceyhun Tağızadə toplam 295 kq (135+160) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qaıxıb. Gümüş medalı toplam 281 kq (127+154) nəticə ilə İsmayıl Baxışov, bürüncə isə toplam 271 kq (120+151) nəticə ilə İsa Həsənli yiyələnib.
Son olaraq körpücük üzərinə ağır çəkili atletlər çıxıblar. 96, 102, 109 və +109 kq çəki dərəcələrində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.
Qeyd edək ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
89 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Tağızadə Ceyhun | 1995 | Lənkəran | Zirvə | 88.7 | 135 | 160 | 295 |
2. | Baxışov İsmayıl | 2001 | Qobustan | Zirvə | 87.5 | 127 | 154 | 281 |
3. | Həsənli İsa | 2002 | Lənkəran | Zirvə | 81.7 | 120 | 151 | 271 |
4. | Mamayev Yaşar | 2003 | Neftçala | Zirvə | 83.3 | 116 | 125 | 241 |
96 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | İsmayılov Kamran | 1993 | Sumqayıt | Zirvə-Aviator | 95.7 | 143 | 172 | 315 |
2. | Qasımzadə Ümüd | 2001 | Cəlilabad | UGİM | 89.4 | 115 | 130 | 245 |
102 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Nəbiyev Nailxan | 1994 | Bakı | Spartak-Aviator | 97.5 | 140 | 185 | 325 |
2. | Şükürlü Əli | 2003 | Sumqayıt | MOİK-Aviator | 97.2 | 132 | 172 | 304 |
109 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Nəzərov Əliş | 1999 | Bakı | Təhsil-Aviator | 103.1 | 145 | 173 | 318 |
+109 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Qurbanov İsmayıl | 2000 | Qobustan | Zirvə | 129.0 | 135 | 185 | 320 |
2. | Kazımov Rəhman | 2002 | Xırdalan | Zirvə-Aviator | 117.2 | 136 | 180 | 316 |
COMMENTS