
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdakı zəfər paradındakı çıxış nitqində Azərbaycanın istiqlal şairi Əhməd Cavadı da unutmayıb.
Ərdoğan söyləyib ki, Qarabağın işğaldan azad edilməsi ilə həm də, mərhum milli şairin ruhu şad olub.
“Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”, -deyə Ərdoğan bildirib.