
Gorus-Qafan yolunda əraziyə nəzarət edən Azərbaycan əsgərlərinin video-görüntüsü yayılıb.
Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, videonu “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zohrabyan sosial şəbəkədə paylaşıb.
Qeyd edilib ki, video Gorusdan Bərgüşad çayına qədər təxminən 4 kilometrlik məsafədə çəkilib. “Google” xəritəsinə görə həmin yolun Azərbaycan ərazisinə daxil olduğu qeyd edilib.