
“Hazırda Bakı-London marşrutu üzrə xüsusi reyslər yoxdur. Bir neçə aydır ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) İngiltərə ilə xüsusi reysləri həyata keçirmir”.
Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Qeyd edək ki, İngiltərədə COVID-19-un mutasiyaya uğramasından sonra Türkiyə də daxil olmaqla 20-yə yaxın ölkə Britaniya ilə aviaəlaqələri dayandırmağı qərara alıb.
Gununsesi.info