
Türkiyənin viteü-prezidenti Fuad Oktay çıxış zamanı halı pisləşib.
Gununsesi.info TGRT-yə istinadən bildirir ki, kibertəhlükəsizliklə bağlı toplantında çıxış edən F.Oktay qəfildən çıxışını dayandırıb və hərəkətsiz qalıb. Dərhal tribunaya doğru qaçan mühafizəçilər vitse-prezidenti zaldan çıxarıblar. Canlı yayım dayandırılıb.
F.Oktay həkimlər tərəfindən müayinə olunub. Bir müddət sonra tribunaya qayıdan F.Oktay gərgin iş səbəbindən təzyiqinin düşdüyünü deyib. Anlayış göstəridklərinə görə, iştirakçılara təşəkkür edib.
Gununsesi.info