1000 dollara Qarabağda savaşan terrorçular belə dəfn edildilər – FOTO

  • By arzu
  • 21 Dekabr 2020 10:43

II Qarabağ müharibəsində Ermənistan tərəfdən bizə qarşı vuruşan terrorçuların cəsədi Suriyanın Hələb şəhərinə gətirilib.

Gununsesi.org Milli.Az-a istinadla xəbər verir ki, Hələb şəhərində mərasim təşkil olunaraq 30 terrorçunun cəsədi torpağa tapşırılıb. 1000-2000 dollar qarşılığında Azərbaycana qarşı vuruşan PKK-lılar xüsusi qaydada dəfn olunublar.

Qeyd edək ki, muzdluların hərbçilərimizə qarşı vuruşmasına dair bir sıra faktlar var. Əsir Albert Mikaelyan da PKK-lı terrorçuların Qarabağda Azərbaycana qarşı vuruşduğunu etiraf edib. Bundan başqa DTX Qarabağda düşmən tərəfdən vuruşan terrorçuların səsyazısını da əldə edib.

Gununsesi.org