İtkin düşən erməni hərbçilərinin sayı 1 552 nəfərə çatdı

  • By ilhame
  • 30 Aprel 2021 22:19

Bu gün Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.

Gununsesi.info