Ağstafada avtomobillər toqquşdu

  • By ilhame
  • 10 Aprel 2021 22:58

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Qazax rayon sakinləri – 1965-ci il təvəllüdlü Manaf Nəsibov və həmyerlisi, 1989-cu il təvəllüdlü Murad Muradov xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Gununsesi.info