
Qırğızıstan hökuməti Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxlamaq üçün operativ qərargah yaradıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Uluqbəy Maripovun tapşırığı ilə Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyəti əlaqələndirmək və izləmək üçün əməliyyat qərargahı yaradıldı. Qərargahın iclası zamanı Qırğızıstan Respublikası hökumətinin vəziyyəti həll etmək və öyrənmək üçün bütün tədbirləri gördüyü qeyd edildi”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının öldüyü, 31-nin yaralandığı bildirilir.
Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının öldüyünü, 31 nəfərin yaralandığını elan edib.
Gununsesi.info