
Dünyanın ən böyük elektromobil istehsalçısı olan “Tesla” şirkəti miniven buraxa bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Carbuzz” nəşri məlumat yayıb.
Məlumata əsasən, “Cybertruck” üslubunda hazırlanmış miniven artıq 2026-cı ildə təqdim oluna bilər.
Şərti olaraq “Cybervan” adlanan model 12 nəfər üçün nəzərdə tutulacaq.
Qeyd edək ki, minivenin istehsalı barədə ilk fikirlər hələ 2020-ci ildə şirkətin rəhbəri İlon Mask tərəfindən səsləndirilib.