Ermənistanda polis əməkdaşları rüşvətə görə həbs ediliblər

Ermənistanda polis əməkdaşları rüşvətə görə həbs ediliblər

İrəvan polisinin iki əməkdaşı rüşvət ittihamı ilə həbs edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarına İrəvanın Erebuni polis şöbəsinin iki əməkdaşının vətəndaşdan problemin həlli müqabilində rüşvət tələb etməsi barədə məlumat daxil olub. Bundan sonra keçirilmiş əməliyyat zamanı hər iki polis əməkdaşı həbs edilib.

Faktla bağlı cinayət işi başlanılıb. / APA

COMMENTS