Rusiya Britaniyaya yeni səfir göndərdi

Rusiya Britaniyaya yeni səfir göndərdi

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyaya yeni səfir təyin edib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu postu Andrey Kelin tutacaq. “Kelin Andrey Vladimiroviç Rusiya Federasiyasının Böyük Britaniya Birləşmiş Krallığına və Şimali İrlandiyaya fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin”, – deyə prezidentin əmrində bildirilir.

Qeyd edək ki, Kelin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ümumavropa Əməkdaşlıq Departamentinin rəhbəri olub.

 

Gununsesi.org

COMMENTS