Vətəndaşlar özləri ictimai müzakirə keçirə bilərlər  – VİDEO

Vətəndaşlar özləri ictimai müzakirə keçirə bilərlər  – VİDEO

Vətəndaşlar  ictimai müzakirə və dinləmənin təşkilini necə öyrənə bilərlər? Bu məqsədlə videol-bələdçi hazırlanıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 54-cü maddəsində “Vətəndaşların dövlətin və cəmmiyyətin siyasi həyatında maneəsiz iştirak hüququ” təsbit edilib.

Bu Bələdçilərdə vətəndaşların özləri  tərəfindən  heç bir təşkilat yaratmadan onları narahat edən məsələlər barədə İctimai müzakirə keçirilmələri  qaydaları və vətəndaşalrın bunun üçün nə etməli olduqları izah olunub. Belə ki, 22 noyabr  2013-cü ildə qəbul edilmiş və 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının  Qanununun 12-ci maddəsində qeyd olunur ki, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar  ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər.

Eyni zamanda “İctimai nəzarət” Yotube kanalında İmişli, Sabirabad, Hacıqabul, Saatlı rayonalrında keçirilən ictimai dinləmələrin, Təşkilat Komitələrinin iclaslarının  video yazıları yerləşdirilib. (https://www.youtube.com/channel/UCHH_hncFe3nY8SfGgTdEIDg)

Bu Bələdçilər Niderland Krallığının  Xarici İşlər Nazirliyi tərəfindən  maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan  “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi”  təşəbbüsü çərçivəsində hazırlanıb.

Bu təşəbbüsün məqsədi   ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.

COMMENTS