Ermənistan tərəfindən səsləndirilən ordumuzun sərhəddə otlaqları yandırması iddiaları yalandır – RƏSMİ

  • By admin
  • 05 Sentyabr 2021 16:04

Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.

Gununsesi.info