
Ağdam rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə əlaqədar Ağdam Rayon Polis Şöbəsinə 2 gün öncə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya bildirilib ki, müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri davam etdirilir.
Gununsesi.info