
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.
Gununsesi.info xəbər verir ki, iyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyinə baş çəkib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Deputatlarımız səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.
Gununsesi.info