Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.

Gununsesi.info xəbər verir ki, Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda Dünya Hökuməti Zirvə toplantısında fəxri qonaq qismində iştirak edəcək.

Forumda müxtəlif ölkələrin dövlət və hökumət strukturlarının, beynəlxalq təşkilatların, özəl sektorun, elmi və biznes icmalarının, vətəndaş cəmiyyətlərinin, beyin mərkəzlərinin və KİV nümayəndələri iştirak edəcək. Tədbirdə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan da iştirak edəcək.

Sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğanın sammitdə iştirak edən ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Gununsesi.info