Bakıda mənzildə 65 yaşlı kişi meyiti tapıldı

  • By ilhame
  • 02 Oktyabr 2021 22:01

Bakıda mənzildən kişi meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən mətbuata verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi. info