Tufanla əlaqədar Naxçıvana uçan təyyarə Bakıya geri qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Gununsesi.info Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.