İnsansız robot xəstəxanada “tibb bacısı” kimi işə başladı / VİDEO + FOTO

  • By arzu
  • 22 Aprel 2023 10:33

İngiltərədə xəstəxananın yeni “işçisi” dünya tibb tarixində bir yenilik olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sevimli robot pinqvin əlacları və dərmanları xəstələrə birbaşa özü gətirir.

HTML tutorial

İngiltərənin Milton Keynes şəhərində gerçəkələşdirilən bu sınaq universitet xəstəxanası içindəki xəstələrə lazımı sağlıq dərmanlarını özü çatdırır.

Bu addımla tibb işçilərinin yükünü azaltmaqda dəstək olur.

Pinqvin “tibb bacısı” fərqliliyi ilə xəstələrin  marağına səbəb olur, onların üzünü güldürür.

“Milton” adlı bu tibbi robot Xəstəxananın içində özəl bir bölməyə yerləşdirilmiş dərmanları həmin yerdən alaraq əmr edilmiş otağa daha sürətlə çatdıraraq xəstəxana işçilərinə yardımçı olur.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info