Donald Tramp: Qəzzanı almağa və ona sahib olmağa qərarlıyam

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın daha əvvəl elan etdiyi Qəzzanı ələ keçirmək planı ilə əlaqədar olaraq, ABŞ-ın Qəzzaya sahib çıxacağını və Qəzzanı Yaxın Şərqdəki digər zəngin ölkələr vasitəsilə inşa edəcəyini bildirib və “Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp Air Force One təyyarəsində jurnalistlərə deyib ki, Qəzzalıların geri qayıtmasına icazə vermək səhv olardı.

“Bunu böyük bir daşınmaz əmlak saytı kimi düşünün və Birləşmiş Ştatlar ona və yavaş-yavaş, çox yavaş-yavaş sahib olacaq”, – Tramp bildirib.

Qəzzanın tam məhv olduğu bir yer olduğunu və zəngin ölkələrlə birlikdə sıfırdan yenidən qurulacağını ifadə edən Tramp, “Geri alınacaq, düzəldiləcək. Orada heç kim-Həmas olmayacaq. Biz Yaxın Şərqdəki digər çox zəngin ölkələr vasitəsilə tikinti aparacağıq. İnsanlar, fələstinlilər üçün yaşamağa yaxşı yerlər tikəcəklər. Onlar yəqin ki, yüz illər sonra ilk dəfə harmoniya və sülh içində yaşayacaqlar” ifadələrdən istifadə edib.

Orxan Saffari

Gununsesi.info