
ABŞ-da əmək bazarı ilə bağlı statistik məlumatların açıqlanmasından sonra dolların digər əsas dünya valyutalarına nisbətdə enişi güclənib.
Gununsesi.info xəbər verir ki, bu barədə ticarət məlumatlarında bildirilir.
Moskva vaxtı ilə saat 19:25-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi 1,0607 dollardan 1,0652 dollara yüksəlib. Dolların yen qarşısında məzənnəsi əvvəlki bağlanışdan 134,47 yen səviyyəsindən 133,07 yenaya düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,34% azalaraq 104,1 bənd təşkil edir.
Amerika valyutası ABŞ-ın əmək bazarı ilə bağlı məlumatların dərcindən sonra avropa və yaponlara nisbətən ucuzlaşmanı sürətləndirib.
Gununsesi.info