Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 yanvar 2023-cü il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan İsmayıllı və Ağsu rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 4 yanvar 2023-cü il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Gununsesi.info