
Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkədə onun adından yalan məlumat yayanlar olduğunu qeyd edərək, hiddətli açıqlama ilə çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, R.Nurullayev deyib:
“Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olursa olsun, ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.
R.Nurullayev yalan məlumatın nələrdən ibarət olduğuna aydınlıq gətirməyib.
Gununsesi.info