Evdən 130 min manat oğurlandı

Qubada seyfdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Alekseyevka kəndindəki evlərin birindən içərisində 130.000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu A.Bayramov, tanışları N.Nəcəfov və L.Sərkərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info